HƏMAS Qəzza zolağında İsraillə atəşkəsi uzatmağa çalışır. Bu barədə CNN telekanalı HƏMAS Siyasi Bürosunun üzvü Qazi Həmədə istinadən xəbər verir.
“Təcavüzü birdəfəlik dayandırmaq üçün əlimizdə olan əsas vasitələrdən istifadə edərək atəşkəsi uzatmağa çalışırıq”, - deyə Q.Həməd bildirib.
Onun sözlərinə görə, HƏMAS atəşkəslə bağlı Qətər və Misirlə təmasdadır və digər ölkələr də atəşkəsə nail olmaq üçün səy göstərir.
“Biz hərtərəfli və ya qismən razılaşma əldə etməyə hazırıq. Hərtərəfli razılaşma hərbçilərin (əsirlərin) həbsdə olan fələstinli məhbuslarla dəyişdirilməsi, qismən razılaşma isə mülki şəxslərlə bağlıdır”, - deyə Siyasi Büronun üzvü qeyd edib.*