2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana kondisioner idxalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3% - 179,865 min ədədə qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $51 milyon 512,4 min məbləğində (azalma 14,9%) qiymətləndirilir.
Yanvar-sentyabr aylarında Azərbaycana $138 milyon 167,2 min dəyərində (artım 47,8%) 479,302 min ədəd (artım 25,3%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 52% - 172,958 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $40 milyon 844,6 min (artım 45,4%) təşkil edir.
Həmçinin cari ilin 9 ayı ərzində soyuducu idxalı 59,9% artaraq 32,621 min ədəd, dəyəri $9 milyon 188,7 min (artım 25,9%) təşkil edib.*
B.Rüstəmbəyov