Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında görüş noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək.
“Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə komissiya çərçivəsində görüş noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədinin Qazax və Karvansara (İcevan) hissəsində keçiriləcək”, - deyə Ermənistan baş nazirinin müavininin ofisindən “İnterfaks”a bildirilib.*