Azərbaycan Mərkəzi Bankı (AMB) “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın tələblərinin pozulması ilə əlaqədar 5 bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimə edib.
AMB-nin məlumatına görə, “PSG Finans” BOKT-un vəzifəli şəxsi 6 min manat, “TBC Kredit” BOKT-un vəzifəli şəxsi 6 min manat; “FİNOKO” BOKT-un vəzifəli şəxsi 4,5 min manat, “ASEL Kredit” BOKT-un vəzifəli şəxsi 3 min manat, “Azkredit” BOKT-un vəzifəli şəxsi isə 1,5 min manat məbləğində cərimə edilib.*
R.Əhmədov