Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yeni inzibati binalarının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev prezidentə məlumat verib ki, inşasına 2021-ci ilin martında başlanmış inzibati binaların tikintisi bu ilin avqustunda yekunlaşıb.
İnşaat işləri müasir standartlara uyğun aparılıb, binalar bütün zəruri avadanlıq və inventarlarla təmin olunub.
Burada Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatının bəzi struktur bölmələrinin yerləşdirilməsi nəzərdə tutulur.
Dövlət başçısı, həmçinin DTX-nin kriminalistika, əməliyyat və şəbəkə idarəetmə mərkəzləri ilə tanış olub.*
B.Rüstəmbəyov