Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan arasında sülh prosesinin də müzakirə olunduğu Türkiyə səfərindən razı qaldığını bildirib.
“Ankaraya dünənki səfərimdən sonra Brüsselə qayıtdım. Cənubi Qafqaz regionu ilə bağlı Aİ və Türkiyə arasında ortaq maraq doğuran məsələlər, xüsusilə Ermənistan və Azərbaycan arasında sülh prosesi müzakirə edildi”, - deyə Klaar “X” hesabında yazıb.*
R.Əhmədov