Lənkəran Dövlət Universiteti (LDU) 5 mərtəbəli laboratoriya binasının layihə-smeta sənədlərinin hazırlanması üzrə açıq tender elan edib.
Tenderdə iştirak haqqı 100 manatdır.
Laboratoriyanın universitet ərazisində inşa edilməsi planlaşdırılır.
Təkliflər 28 dekabr saat 17:00-dək qəbul olunur. Təklif zərfləri 29 dekabr saat 17:00-da açılacaq.
Əlaqələndirici şəxs: Tural İsmayıllı; telefon: (+99470) 204-89-00.
Şərtlərə görə, layihə-smeta sənədləri müqavilə imzalandıqdan sonra 75 gün ərzində hazırlanmalıdır.*
X.Nəsirzadə