ABŞ dövlət katibi Antoni Blinken İsrail, İordan çayının Qərb sahili və BƏƏ-yə səfəri zamanı İsrail və HƏMAS arasında müvəqqəti atəşkəsin uzadılmasının mümkünlüyünü müzakirə edəcək.
“Yaxın bir neçə gün ərzində biz diqqətimizi fasilənin uzadılması, Qəzzadan girovların çıxarılması və anklava humanitar yardımın çatdırılmasını davam etdirmək üçün görə biləcəyimiz tədbirlərə yönəldəcəyik”, - deyə o, mətbuat konfransında bildirib.
Blinken, həmçinin İsraillə Qəzza zolağındakı hədəflərinə çatması yollarını, eləcə də mülki əhali arasında itkilərin minimuma endirilməsinin vacibliyini müzakirə etmək niyyətində olduğunu deyib.
ABŞ dövlət katibi əlavə edib ki, Vaşinqton münaqişənin genişlənməsinin qarşısını almaq üçün səy göstərəcək.*