Noyabrın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi Lounes Magramane ikitərəfli əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Görüşdə Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında siyasi dialoqun, məsləhətləşmə mexanizminin, parlamentlərarası əməkdaşlığın və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb”, – deyə məlumatda bildirilir.
Görüşdə, həmçinin iki ölkə arasında enerji, kənd təsərrüfatı, humanitar, səhiyyə və digər sahələrdə əməkdaşlığın perspektivləri, regional və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.*
R.Kərimov