İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının növbəti iclası dekabrda keçiriləcək.
“İnterfaks-Azərbaycan” agentliyi Kənd Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, nazir Məcnun Məmmədov Moldova Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə görüşüb.
Görüşdə Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, komissiyanın bu ilin dekabrın 6-da Moldovada keçiriləcək beşinci iclası ilə bağlı məsələlər müzakirə olunub.
Eyni zamanda, tərəflər iki ölkənin kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Bundan başqa, gələcək əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.*
B.Rüstəmbəyov