Bu gün Mingəçevirdə 4,5 maqnitudalı zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da qeydə alınıb.
Zəlzələ episentrinin koordinatları 40.95 şimal eni, 46.87 şərq uzunluğu, dərinlik 23 km-dir.
Episentrdə zəlzələ 4 bal olub. Yeraltı təkanlar ətraf rayonlarda hiss olunub.*
Xəbərlər şöbəsi