İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi HƏMAS-la atəşkəs başa çatdıqdan sonra hərbçilərin həyata keçirəcəyi əməliyyat planlarını təsdiqləyib.
“Biz nə etməli olduğumuzu bilirik və əməliyyatın növbəti mərhələsinə hazırıq”, - deyə “The Times of Israel” nəşri Haleviyə istinadən bildirir.
Öz növbəsində, İsrailin müdafiə naziri Yoav Qallant bildirib ki, İsrail Müdafiə Ordusu hərbi əməliyyatları dərhal bərpa etməyə hazırdır. Eyni zamanda, o, “Şin-Bet” ümumi təhlükəsizlik xidməti və “Mossad” rəhbərliyi, eləcə də İsrail Müdafiə Ordusunun komandanlığı ilə görüşdə İsrailin girovların azad edilməsi üçün əlindən gələni etdiyini deyib.*