Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 30-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 30-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.865 manat/1EUR səviyyəsində (noyabrın 29-na 1.8707 manat/1EUR) müəyyən edilib.
AMB noyabrın 30-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0192 manat/1RUB səviyyəsində (noyabrın 29-na 0.0191/1RUB) müəyyən edib.
AMB noyabrın 30-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0587 manat/1TRY səviyyəsində (noyabrın 29-na 0.0588 manat/1TRY) müəyyən edib.*
R.Kərimov