HƏMAS terror qruplaşması tərəfindən yeni girovların azad edilməsi ilə nəticələnəcək səylər fonunda Qəzza zolağında atəşkəs rejimi uzadılacaq. Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
“Vasitəçilərin girovların azad edilməsi prosesini davam etdirmək səyləri fonunda atəşkəs rejimi uzadılacaq”, - deyə məlumatda bildirilir.
Yaxın Şərq KİV-nin məlumatına görə, HƏMAS atəşkəsin uzadılması ilə bağlı razılaşmanın əldə olunduğunu təsdiqləyir.
Razılaşma çərçivəsində İsrail HƏMAS-ın azad edəcəyi 10 girov müqabilində 30 fələstinli məhbusu azad etməlidir.*