Qüdsün girişində naməlum şəxslərin atəş açması nəticəsində ən azı 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Yaralılardan 5-nin vəziyyəti ağırdır, 3 nəfər isə orta və yüngül dərəcəli xəsarətlər alıb.
Atışma şəhərin girişindəki avtobus dayanacağında baş verib. Təhlükəsizlik qüvvələri ən azı iki fələstinlini zərərsizləşdirib.*