Qüdsün girişində naməlum şəxslərin atəş açması nəticəsində ən azı 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Atışma şəhərin girişindəki avtobus dayanacağında baş verib. Hadisəni törətmiş iki fələstinli zərərsizləşdirilib.
ABŞ-ın İsraildəki səfiri Cek Lyu bu hadisəni “iyrənc terror hücumu” adlandırıb.*