Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Skopyedə keçirilən görüşdə Ermənistan-Aİ tərəfdaşlığının genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Ermənistan XİN-dən verilən məlumata görə, görüşdə Ermənistan-Aİ tərəfdaşlıq gündəliyinin genişləndirilməsi məsələləri, bu istiqamətdə göstərilən səylər müzakirə edilib.
Tərəflər, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərini də müzakirə ediblər.*