Azərbaycanda 23 qranit, mərmər və aqlay yatağı var. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə sözügedən bazarda vəziyyətlə tanış olan mənbə məlumat verib.
“Bu qədər yatağın olmasına baxmayaraq, indiyədək onlar istismar olunmayıb”, - deyə mənbə qeyd edib.
Onun sözlərinə görə, hazırda bu yataqların istismarı üçün müvafiq dövlət proqramı hazırlanıb.
Mənbə vurğulayıb ki, qranit və mərmər yataqları Qarabağ regionu (Şuşa, Ağdam), Kəlbəcər, Zəngilan və Daşkəsəndə yerləşir. “Bundan başqa, Azərbaycanın cənubunda və Naxçıvanda da belə yataqlar var”, - deyə o əlavə edib.*
B.Rüstəmbəyov