Prezident İlham Əliyev 2023-cü il oktyabrın 31-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Azərbaycan–Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında” sazişi təsdiq edib.
Sənəd dövlət başçısının saytında dərc olunub.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.*
R.Kərimov