Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Skopyedə ATƏT XİN başçıları Şurasının iclası çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə ikitərəfli məsələlər və İrəvanla Bakı arasında münasibətlərin normallaşması müzakirə olunub.
Rusiya XİN-in məlumatına görə, nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini, eləcə də beynəlxalq platformada və ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
“Regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Rusiya tərəfi Azərbaycan, Ermənistan və RF liderlərinin 2020-2022-ci il tarixli üçtərəfli razılaşmaları əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin irəliyə aparılmasına dəstək verməyə hazır olduğunu təsdiqləyib”, - deyə məlumatda bildirilir.*