Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov noyabrın 30-da ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopye şəhərində keçirilən 30-cu iclası çərçivəsində bir sıra görüşlər keçirib.
XİN başçısı “X” sosial şəbəkəsində yazıb ki, İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis, İsveç Krallığının xarici işlər naziri Tobias Billström, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç və NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
Görüşlərdə ikitərəfli münasibətlər, eləcə də Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.*
R.Kərimov