Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası çərçivəsində ATƏT-in baş katibi Helqa Şmidlə görüşüb.
“Helqa Şmidlə son regional hadisələr fonunda Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri haqqında səmərəli müzakirələr apardım”, - deyə Bayramov sosial şəbəkədə yazıb.*
R.Əhmədov