İsrail atəşkəs razılaşmasına uyğun olaraq 30 fələstinli məhbusu azad edib. Bu barədə Yaxın Şərq mətbuatı məlumat yayıb.
Daha əvvəl HƏMAS da 8 girovu azad edərək İsrailə təhvil verib.
Bu, noyabrın 24-dən qüvvəyə minmiş və birinci dəfə iki, ikinci dəfə isə bir gün uzadılmış atəşkəsdən bəri yeddinci girov və məhbus mübadiləsidir.*