İsrail və HƏMAS Qəzza zolağında atəşkəsin daha bir gün uzadılması barədə razılığa gəlib. Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, razılaşmaya uyğun olaraq əsasən qadın və uşaqlardan ibarət daha 10 girovun azad edilməsi gözlənilir.
Danışıqlar aparan tərəflər atəşkəsin uzadılması ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.*