Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 1-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Dekabrın 1-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8544 manat/1EUR səviyyəsində (noyabrın 30-na 1.865 manat/1EUR) müəyyən edilib.
AMB dekabrın 1-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0191 manat/1RUB səviyyəsində (noyabrın 30-na 0.0192/1RUB) müəyyən edib.
AMB dekabrın 1-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0588 manat/1TRY səviyyəsində (noyabrın 30-na 0.0587 manat/1TRY) müəyyən edib.*
B.Rüstəmbəyov