İsrail Müdafiə Ordusu HƏMAS-ın atəşkəs şərtlərini pozması ilə əlaqədar Qəzza zolağında hərbi əməliyyatları bərpa edir. Bu barədə İsrail Müdafiə Ordusunun sosial şəbəkədə yaydığı açıqlamada deyilir.
“İsrail Müdafiə Ordusu Qəzza zolağında HƏMAS terror təşkilatına qarşı hərbi əməliyyatları bərpa edib”, - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, HƏMAS atəşkəsi pozub və İsrail ərazisinə atəş açıb.
İsrail Müdafiə Ordusunun daha əvvəl yaydığı məlumata görə, Qəzza zolağından atılmış raket İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib.*