Qəzza zolağında hərbi əməliyyatların bərpa edilməsinə baxmayaraq, İsrail və HƏMAS girovların azad edilməsi və atəşkəsin uzadılması ilə bağlı danışıqları davam etdirir. Bu barədə CNN telekanalı məlumat yayıb.
Tərəflər arasında danışıqlar Qətər və Misirin vasitəçiliyi ilə aparılır.
Daha əvvəl verilən məlumata görə, HƏMAS qruplaşması atəşkəs şərtlərini pozduğu üçün İsrail Müdafiə Ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edib.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib ki, HƏMAS şərtləri pozub və qadın girovların azad edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyib, eləcə də İsrail ərazisinə raketlər atıb.*