Milli Məclisin sədri Sahibə Qafarova Bakının İrəvanla sülh danışıqlarını davam etdirməyə hazır olduğunu bəyan edib.
“Azərbaycan sülh sazişinin imzalanması üzrə danışıqları (Ermənistanla – İF-Az) davam etdirməyə hazırdır”, - deyə o, Berlində Almaniya Federativ Respublikası Bundestaqının sədri Barbel Bas ilə görüşdə bildirib.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, S.Qafarova Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneənin olmadığnı vurğulayıb.
“Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında sülhə hazırdır”, - deyə sədr əlavə edib.
Görüşdə S.Qafarova Almaniya Bundestaqının sədrini işğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən bərpa işləri, bu prosesi ləngidən mina təhdidi barədə məlumatlandırıb.*
R.Kərimov