2023-cü il noyabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $10 milyard 615,9 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
2022-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $8 milyard 995,7 milyon təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, beləliklə, 2023-cü ilin yanvar-noyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 18% artıb.
Noyabrda AMB-nin valyuta ehtiyatları 1% və ya $107,8 milyon artıb.
2022-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 27,1% artıb.*
R.Kərimov