2023-cü il noyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 18 milyard 334,4 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2022-ci ilin sonuna pul bazasının həcmi 17 milyard 460,3 milyon manat təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, 2023-cü ilin yanvar-noyabr aylarında pul bazası 5% artıb.
Noyabrda Azərbaycanda pul bazası 67,6 milyon manat və ya 0,4% azalıb.
2022-ci ildə Azərbaycanda pul bazası 2,7% azalıb.*
R.Kərimov