“Təmiz Şəhər” ASC Şuşa şəhərində bərk məişət tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi məqsədilə 1,4 milyon manatdan artıq məbləğdə texnika alır.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “Hayat Motors” MMC ilə 8 ədəd texnikanın tədarükünü nəzərdə tutan 1 milyon 433,818 min manat məbləğində müqavilə bağlanıb.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2021-ci ilin iyun ayında “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, “Təmiz Şəhər” ASC Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılmasını, daşınmasını, yerləşdirilməsini və zərərsizləşdirilməsini həyata keçirmək hüququ əldə edib.*
B.Rüstəmbəyov