Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə ABŞ-ın “Fortinet” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Xidmətdən bildirilib ki, sənədi ETX-nin rəisi Samir Rəsulov və “Fortinet” şirkətinin regional satış meneceri Şaiq Səmədov imzalayıblar.
Memorandumun məqsədi ölkə səviyyəsində kibertəhdidlərin müəyyənləşdirilməsi və kiberinsidentlər barədə məlumat mübadiləsinin təşkil edilməsi, bununla bağlı birgə fəaliyyətin həyata keçirilməsi üçün əməkdaşlığın qurulmasıdır.
20 ildən artıqdır ki, fəaliyyət göstərən “Fortinet” şirkəti qlobal şirkətlər, xidmət təminatçıları və dövlət qurumları üçün kibertəhlükəsizlik və şəbəkə təhlükəsizliyinin təmin edilməsi üzrə məhsullar və müvafiq xidmətlər təklif edən nüfuzlu şirkətlərdən biridir.*
B.Rüstəmbəyov