İsrailin cümə günü Qəzza zolağında həyata keçirdiyi aviahücumlar nəticəsində 180-dən çox dinc sakin həlak olub. Bu barədə ərəb mətbuatı anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Tərəflər atəşkəsin uzadılması barədə razılığa gələ bilmədikləri üçün İsrail cümə günü yenidən Qəzzanı bombalamağa başlayıb.
İsrail baş naziri Benyamin Netanyahunun ofisi HƏMAS-ı atəşkəs razılaşmasının şərtlərini pozmaqda günahlandırıb. Belə ki, qruplaşma İsrailə raket hücumları həyata keçirib və girov götürülmüş israillilərin azad edilməsini dayandırıb.
İsrail hərbi əməliyyatları bərpa edib və coğrafiyasını genişləndirib. İsrail Müdafiə Ordusunun cümə günü yaydığı məlumata görə, Qəzzada terrorçuların obyektlərinə, o cümlədən anklavın cənubuna zərbələr endirilib.*