Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə bu ölkənin Prezidenti Thonqlun Sisulitə təbrik məktubu ünvanlayıb. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilib.
“Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram”, - deyə təbrikdə bildirilir.
Əliyev Azərbaycan və Laos xalqlarının mənafelərinə uyğun olaraq Bakı ilə Vyentyan arasında dostluq və əməkdaşlıq münasibətlərinin birgə səylərlə bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə edib.
“Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”, - deyə təbrikdə qeyd olunur.*
V.Əliyev