İsrail Hərbi Hava Qüvvələri son sutka ərzində Qəzza zolağında 400 hədəfə zərbələr endirib. Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
“The Times of Israel” nəşrinin məlumatına görə, hərbçilər anklavın cənubuna endirilən aviazərbələrin genişmiqyaslı olduğunu bildiriblər.
Eyni zamanda, İsrail Hərbi Dəniz Qüvvələrinin gəmiləri də Qəzzanın cənubunu atəşə tutub.*