Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağında hərbi əməliyyatları bərpa etməsini təndiq edib və Fələstinin HƏMAS qruplaşmasının tamamilə məhv edilməsi ssenarisinin real olmadığını bildirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Qəzzada çox böyük terror aktı törədilir. Bu, bir dövlət terrorudur”, - deyə Ərdoğan bildirib.
O, yenidən Fələstin-İsrail münaqişəsini hər iki dövlətin birgəyaşayış prinsipinin həyata keçirilməsi yolu ilə həll etməyə çağırıb. Türkiyə liderinin sözlərinə görə, belə olan halda Qəzza və qarşılıqlı təhdid problemləri də ortadan qalxacaq.
Ərdoğan İsraili HƏMAS-ı məhv etmək ideyasından əl çəkməyə çağırıb. “HƏMAS-ın məhv edilməsi real ssenari deyil”, - deyə o hesab edir.*