İsrail nümayəndələri Qətərdə HƏMAS-la aparılan danışıqlarda atəşkəsin bərpası ilə bağlı razılığa gələ bilməyiblər və İsrailə qayıdırlar. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
“Danışıqların dalana dirənməsi ilə əlaqədar və baş nazir Benyamin Netanyahunun və “Mossad”ın rəhbəri David Barneanın göstərişlərinə uyğun olaraq İsrail nümayəndə heyəti ölkəyə qayıdır”, - deyə “Mossad”dan bildirilib.*