HƏMAS girov götürdüyü bütün qadın və uşaqları atəşkəs dövründə İsrailə təhvil verdiyini iddia edir, qalan girovları isə yalnız tam atəşkəs və bütün fələstinli məhbusların azad edilməsi şərti ilə azad etməyə hazırdır. Bu barədə Yaxın Şərq KİV-i məlumat yayıb.
“İsrail iddia edir ki, biz hələ də qadınları və uşaqları girov saxlayırıq, habuki biz onların hamısını qarşı tərəfə təhvil verdiyimizi açıq şəkildə bildirmişik. Bizdə olan girovlar yalnız kişilər və hərbçilərdir”, - deyə HƏMAS-ın siyasi bürosunun rəhbəri Saleh əl-Aruri “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, hazırda atəşkəslə bağlı danışıqlar aparılmır, çünki İsrail yeni şərtlər əsasında girov və məhbus mübadiləsini davam etdirməkdən imtina edib.*