Azərbaycan şirkətləri 24-28 yanvar 2024-cü ilin tarixlərində İspaniya Krallığının Madrid şəhərində keçiriləcək turizm sərgisində iştirak edəcək.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Dövlət Turizm Agentliyi turizm sərgisində Azərbaycan şirkətləri üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işləri üzrə podratçı seçir.
Tender təklifləri 4 yanvar 2024-cü il saat 18.00-dək qəbul olunur. Təklif zərfləri 5 yanvar saat 12.00-da açılacaq.
Tenderdə iştirak haqqı 350 manatdır.*
Xəbərlər şöbəsi