“Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxs agentliyin Aparatı üçün 9 ədəd minik avtomobilinin (sedan tipli) satın alınması ilə bağlı müsabiqə elan edib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, təkliflər 4 yanvar 2024-cü il saat 15.00-dək qəbul olunur. Təklif zərfləri 5 yanvar saat 15.00-da açılacaq.
Müsabiqədə iştirak haqqı 450 manatdır.
Şərtlərə görə, minik avtomobilləri sifarişçiyə müqavilə bağlandıqdan sonra 6 ay ərzində çatdırılmalıdır.*
Xəbərlər şöbəsi