İsrail Müdafiə Ordusu 7 oktyabr hücumundan sonra HƏMAS-a qarşı hərbi əməliyyatlar başlayandan bəri 10 min hava zərbəsi endirib. Bu barədə “The Jerusalem Post” nəşri İsrail Müdafiə Ordusuna istinadən xəbər verir.
“Hərbi əməliyyatlar başlayandan bu günədək 10 minə yaxın hava zərbəsi endirilib”, - deyə məlumatda bildirilir.
Öz növbəsində, İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi qeyd edib ki, “bizim hərəkətlərimizin təhlükəsizliyinin əhəmiyyətli hissəsi Quru Qüvvələrinin Hərbi Hava Qüvvələri ilə qarşılıqlı əlaqəsi ilə çox sıx bağlıdır”.
Qəzzada döyüşlər dekabrın 1-də tərəflərin 7 günlük atəşkəsin uzadılmasına nail ola bilməməsindən sonra yenidən başlayıb. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi HƏMAS-ı atəşkəs razılaşmasının şərtlərini pozmaqda ittiham edib, çünki qruplaşmanın yaraqlıları İsrail ərazisinə raket zərbələri endirib və girovluqda olan israillilərin azad edilməsini dayandırıb.*