Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 4-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Dekabrın 4-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.848 manat/1EUR səviyyəsində (dekabrın 1-nə 1.8544 manat/1EUR) müəyyən edilib.
AMB dekabrın 4-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0188 manat/1RUB səviyyəsində (dekabrın 1-nə 0.0191/1RUB) müəyyən edib.
AMB dekabrın 4-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0588 manat/1TRY səviyyəsində saxlayıb. **
R.Kərimov