Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 17-də Pekin şəhərində imzalanmış“Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Sənəd dövlət başçısının saytnda dərc olunub.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. **
R.Kərimov