2023-cü ilin yanvar-sentyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana ətir və tualet suyu ixracı illik hesablamada 16,2% - 215 tonadək artıb. Bu barədə Avropa İttifaqı Statistika İdarəsinin (Avrostat) “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi materiallarında qeyd olunur.
Statistik məlumatlara əsasən, tədarük pul ifadəsində 40% artaraq 14,7 milyon avroya çatıb.
9 ay ərzində ixracatçılar arasında pul ifadəsində yenidən Almaniya (7,4 milyon avro, ildən ilə artım 45,1%) lider olub. Yanvar-sentyabr aylarında Azərbaycan bazarına ətir və tualet suyu tədarükü üzrə pul ifadəsindəilk üçlüyə həmçinin Fransa – 3,7 milyon avro (artım 1,8 dəfə) və İtaliya – 1,6 milyon varo (artım 45,5%) daxil olub.
Sentyabrda Aİ ölkələri Azərbaycana ətir və tualet suyu tədarükünü illik hesablamada 1,7 dəfə - 32 tonadək artırıb. Pul ifadəsində tədarük 1,7 dəfə artaraq 2 milyon avroya çatıb.
Hesabat dövründə ixracatçılar arasında lider pul ifadəsində həmçinin Almaniya olub (1,1 milyon avro, ildən ilə artım 1,% dəfə).
Avrostatın yenidən nəzərdən keçirilmiş məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana ətir və tualet suyu tədarükünü 2021-ci illə müqayisədə 2% - 304 tonadək artırıb. Pul ifadəsində ixrac 1,6 dəfə artaraq 17,1 milyon avroya çatıb. **
R.Kərimov