Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin noyabr ayında valyuta hərraclarında $234,7 milyon məbləğində xarici valyuta satıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Xəbər verildiyi kimi, ARDNF 2023-cü ilin oktyabr ayında $202,6 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, noyabrda xarici valyuta satışının həcmi 15,8% artıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2023-cü ilin yanvar-noyabr aylarında ARDNF valyuta hərraclarında $2 milyard 539,5 milyon məbləğində xarici valyuta (2022-ci ilin 11 ayı ilə müqayisədə azalma 44,7%- İF) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir. Mərkəzi Bank hərracların bir çoxunda təklifin tələbi üstələdiyini qeyd edir.
Azərbaycan Dövlət Neft Fondu 2022-ci ildə valyuta hərraclarında $4 milyard 681,8 milyon məbləğində xarici valyuta satıb ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 30% azdır.**
A.Əzizov