Azərbaycan və Avropa İttifaqı (Aİ) strateji enerji tərəfdaşlığı sənədinin icrası ilə bağlı Yol Xəritəsini yeniləyəcək. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşün yekunlarına dair məlumat verib.
“BƏƏ-də Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşdə Cənub Qaz Dəhlizi və “yaşıl” enerji dəhlizi (Avropaya - İF), enerji dialoqumuzun digər prioritetlərinə dair səmərəli müzakirələr apardıq. Azərbaycan və Aİ arasında Strateji Enerji Tərəfdaşlığı sazişinin icrası ilə bağlı Yol Xəritəsini (2022-ci iin iyul ayında imzalanıb - İF) yeniləməyi razılaşdırdıq”, - Şahbazov bazar ertəsi “X” hesabında yazıb. əlavə edib.
Simson, öz növbəsində, «X» hesabında yazıb ki, görüşdə «enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq məsələləri» müzakirə edilib. **
R.Kərimov