Azərbaycanın energetika naziri Pərviz Şahbazov Danimarkanın “Vestas” şirkətinin vitse-prezidenti Morten Dyrholm (Morten Dyrholm) ilə görüşüb, tərəflər Azərbaycanda külək turbinləri istehsalı imkanlarını müzakirə ediblər.
“Vestas” şirkətinin vitse-prezidenti Morten Dyrholm ilə Azərbaycanın “yaşıl” enerji layihələri və planları barədə fikir mübadiləsi apardıq, o cümlədən və ölkəmizdə külək turbinlərinin istehsalı imkanlarını nəzərdən keçirdik”, – Şahbazov “X” hesabında yazıb.
“Vestas” bütün dünyada külək turbinləri layihələndirir, istehsal edir, quraşdırır və xidmət göstərir. Dünyanın 85 ölkəsində yerləşən şirkətin turbinlərinin ümumi gücü 145 QVt təşkil edir. Şirkətdə 29 min nəfər çalışır. **
R.Əhmədov