Azərbaycanın energetika naziri Pərviz Şahbazov məlumat verib ki, Dubayda Pakistanın energetika və neftnazirivəzifəsini icra edən Məhəmməd Əli ilə bu ölkəyə maye təbii qazın (LNG)və neft məhsullarının tədarükü məsələlərini müzakirə edib.
“Dubayda Pakistanın energetika naziri vəzifəsini icra edən Məhəmməd Əli ilə LNG və neft məhsullarının tədarükünü (Pakistana - İF) müzakirə etdik”, - Şahbazov bazar ertəsi “X” sosial şəbəkəsində yazıb.
O əlavə edib ki, tərəflər Bakı və İslamabad arasında energetika sahəsində əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.
Energetika Nazilriyindən dəqiqləşdirilib ki, görüş Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində baş tutub. **
R.Kərimov