İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İrani Bakıya səfərə gəlib, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla danışıqlar aparacaq. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir”, - məlumatda deyilir.
Qeyd olunub ki, “səfər çərçivəsində komandanın Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü, həmçinin HDQ qərargahını və Heydər Əliyev adına Hərbi İnstitutu ziyarəti planlaşdırılır”. **
İnformasiya şöbəsi