Bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun guya atəşi nəticəsində sərhəddə Ermənistan hərbçisinin ölməsi ilə bağlı İrəvanın iddialarını təkzib edib.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır”, - nazirliyin bəyanatında deyilir.
"Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik", - MN-dən vurğulanır. **
X.Nəsirzadə